BQXK-nin daha 4 maşını Xankəndidən Laçına keçdi
Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 4 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 3 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Avtomobillərin içərisində erməni sakinlər olub.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 51 gündür davam edir.