XƏBƏRLƏR / Münaqişə

İranın hücumu nəticəsində 35 israilli itkin düşüb

Bu barədə İsrailin "Ynet" xəbər verib

İranın hücumu nəticəsində 35 israilli itkin düşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın hücumundan sonra İsrailin mərkəzindəki Bat Yamda partlayış baş verən yerdə təxminən 35 nəfər itkin düşüb. Bu barədə İsrailin "Ynet" xəbər portalı "Magen David Adom" (Davidin Qırmızı Qalxanı) milli təcili yardım xidmətinə istinadən xəbər verir.

    Son məlumatlarına görə, Bat Yam və Rehovotda zərərçəkənlərin sayı 137 nəfərə çatıb.

    Magen David Adom həmçinin bildirib ki, dörd nəfər həlak olub. 

    İyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına qarşı yönəlmiş “Rising Lion” əməliyyatına başlayıb. İran İslam Respublikası buna cavab olaraq iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raketlərlə hücum edib. Yəhudi dövlət orqanları bəzi hədəflərin vurulduğunu etiraf ediblər, lakin raketlərin əksəriyyətinin ələ keçirildiyini söyləyiblər. İyunun 14-ü və iyunun 15-nə keçən gecə İsrail və İran yenidən bir-birlərinə zərbələr endiriblər.