XƏBƏRLƏR / Münaqişə

İran"Hizbullah" liderinin öldürülməsinə cavab verəcək

Bunu İran Prezidenti M.Pezeşkian bəyan edib

İran"Hizbullah" liderinin öldürülməsinə cavab verəcək
M.Pezeşkian
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın ölümünə cavab tədbirləri hazırlayır.

    IRNA-nın xəbərinə görə, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. İran lideri baş verən hadisəni hərbi cinayət kimi dəyərləndirib.

    Onun sözlərinə görə, rəsmi Tehran daim həm Livan xalqının, həm də müqavimət hərəkatının yanındadır.