İrəvandakı etiraz aksiyalarında 151 nəfər saxlanılıb VİDEO
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb

İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 151-ə çatıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyası davam edir.
“Vətən uğrunda Tavuş” hərəkatının fəalları və tərəfdarları Abovyan küçəsini zibil qutuları və skamyalarla bağlayıblar.
İştirakçılar əsas magistraldan - Myasnikyan prospektindən, həmçinin Abovyan və Teryanın mərkəzi küçələrində hərəkəti bağlamağa başlayıblar.