Yeni Kaledoniyada etiraz aksiyaları vaxtı 10 nəfər ölüb
Bu barədə AFP agentliyi prokurorluğa istinadən xəbər verir.

Fransanın dənizaşırı koloniyası Yeni Kaledoniya ərazisində etiraz aksiyaları zamanı ölənlərin sayı 10 nəfərə çatıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları çərşənbə günü Yeni Kaledoniyanın cənubunda bir nəfəri öldürərək, arxipelaqda təxminən iki ay əvvəl başlayan etirazlardan sonra ölənlərin sayını 10-a çatdırıb”, - deyə agentlik bildirib.
Kişinin Milli Jandarm Müdaxilə Qrupunun (GIGN) üzvləri tərəfindən vurulduğu dəqiqləşir.
Bu ilin may ayında Yeni Kaledoniyada Fransadan müstəqillik tərəfdarlarının etirazları başlayıb. Fövqəladə vəziyyət mayın 13-dən 27-dək davam edib.