XƏBƏRLƏR / Münaqişə

Ukrayna BMT-nin Təhlükəsizlik Şurasının iclasını tələb edir

Bunu Ukrayna Prezidenti Zelenski Rusiyanın bu gün endirdiyi aramsız raket zərbələrindən sonra elan edib

Ukrayna BMT-nin Təhlükəsizlik Şurasının iclasını tələb edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Rusiya Silahlı Qüvvələrinin bugünkü raket hücumu, o cümlədən Kiyevdəki Oxmatdet uşaq xəstəxanasına hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edir. Bunu Ukrayna prezidenti Vladimir Zelenski Polşanın Baş naziri Donald Tusk ilə təhlükəsizlik sazişinin imzalanmasından sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

    “Ukrayna indi Rusiyanın mülki infrastruktura, o cümlədən uşaq xəstəxanasına hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edir”, - deyə Zelenski bildirib.