XƏBƏRLƏR / Münaqişə

İran İsrailin kibertəhlükəsizlik şirkətinin binasını vurub

İsrailin Kanal 12 televiziyası xəbər verir

İran İsrailin kibertəhlükəsizlik şirkətinin binasını vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beer Şevaya hücum zamanı azı 35 nəfər yaralanıb.

    Bu barədə İsrailin Kanal 12 televiziyası xəbər verib.

    Xilasedicilər raketin düşdüyü yerdə işləyir. Bir neçə avtomobil yanır, yaşayış binalarına ziyan dəyib. Yerli KİV-in məlumatına görə, şəhərin Şimal stansiyası bağlanıb.

    İlkin olaraq hücumun hədəfi CyberSpark ərazisi və İsrail ordusunun kibertəhlükəsizlik xidmətləri göstərən İT şirkətinin binası olub. "Microsoft" şirkəti də bu binada yerləşir.