XƏBƏRLƏR / Münaqişə

Peskov: Lukaşenko Priqojini uzun illərdir tanıyırdı

Rusiya Prezidentinin Mətbuat katibinə görə, bu təklif şəxsən Lukaşenkodan gəlib və Rusiya Prezidenti tərəfindən razılaşdırılıb

Peskov: Lukaşenko Priqojini uzun illərdir tanıyırdı
Dmitri Peskov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə çoxdan tanış olduğu üçün vasitəçi rolunu təklif edib.

    Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    “Yəqin ki, məndən Prezident Aleksandr Lukaşenkonun vasitəçilik səbəbini soruşacaqsınız. Fakt budur ki, Lukaşenko Priqojinlə çoxdan, təxminən 20 ildir şəxsən tanışdır”, - deyə D.Peskov vurğulayıb.

    Onun sözlərinə görə, bu təklif şəxsən Lukaşenkodan gəlib və Rusiya Prezidenti tərəfindən razılaşdırılıb.

    Qeyd edək ki, bundan əvvəl Minskdə Priqojinin Belarus Prezidentinin təklifini qəbul edərək silahlı dəstələrinin hərəkətini dayandırdığı bildirilib. Daha sonra Peskov Yevgeni Priqojinə qarşı cinayət işinin xitam verəcəyini açıqlayıb.