Həsən Nəsrullah eskalasiya başlayandan bəri ilk dəfə danışdı
Livan "Hizbullah" hərəkatının lideri Qəzza zolağında fələstinliləri qorumaq üçün hərəkətə keçən İraq və Yəmən qüvvələrini alqışlayıb

Livan "Hizbullah" hərəkatının lideri Yaxın Şərqdə eskalasiya başlayandan bəri ilk açıqlamasını verir.
Həsən Nəsrullah Qəzza zolağında fələstinliləri qorumaq üçün hərəkətə keçən İraq və Yəmən qüvvələrini alqışlayıb:
"Bəziləri deyir ki, biz bu gün müdaxiləmizi elan etmək niyyətindəyik, lakin biz oktyabrın 8-dən, "Əl-Əqsa Tufanının" ikinci günündən müdaxilə edirik. Bəziləri bizim genişmiqyaslı müharibəyə başlamamızı istəyir və onlar üçün şimal sərhədində məhdud hərəkətlər ola bilər, lakin bu, qətiyyən belə deyil. "Hizbullah" qüvvələri İsrail ordusunun qüvvələrinin üçdə birini yayındırıb və bununla da bütün düşmən qüvvələrinin Qəzzaya atılmasının qarşısını alıb" - Həsən Nəsrullah deyib