HƏMAS məhbus mübadiləsinə dair “tam kompromis”ə hazırdır
Bu barədə məlumatı hərəkat rəhbərliyinin nümayəndəsi Qazi Həməd verib

HƏMAS İsraillə məhbus mübadiləsi məsələsində “tam kompromis”ə hazırdır. Bunu NBC News-a müsahibəsində hərəkat rəhbərliyinin nümayəndəsi Qazi Həməd deyib.
“Biz bu insanların evlərinə qayıtmasını istəyirik. Bundan başqa, biz öz məhbuslarımızın da evlərinə qayıtmasını istəyirik. Ona görə də hesab edirəm ki, biz indi tam kompromis əldə etməyə, bütün girovların, istər hərbçilərin, istərsə də mülki şəxslərin azad edilməsinə dair sazişin bağlanmasına və İsraildəki həbs mərkəzlərindən bütün məhbusların azad edilməsinə hazırıq”, - deyə o bildirib.