XƏBƏRLƏR / Münaqişə

Pezeşkian İranın ABŞ ilə razılaşması üçün şərtləri deyib

İran Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında yazıb

Pezeşkian İranın ABŞ ilə razılaşması üçün şərtləri deyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasının ABŞ ilə razılaşma üçün şərtlərini açıqlayıb.

    O, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

    "Əgər ABŞ hökuməti öz totalitar ambisiyalarından əl çəkərsə və İran xalqının hüquqlarına hörmət etməyə başlayarsa, o zaman yəqin ki, razılaşmaya nail olmağın yolları tapılacaq", - Pezeşkian bildirib.

    İran Prezidenti paylaşımının sonunda danışıqlar aparan nümayəndə heyətinin üzvləri, xüsusilə parlament sədri Məhəmmədbaqer Qalibafa təşəkkür edib.