XƏBƏRLƏR / Münaqişə

İsrail ordusu HƏMAS-ın tunellərinə giriş əldə edib

Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb

İsrail ordusu HƏMAS-ın tunellərinə giriş əldə edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail əsgərləri Qəzza zolağının şimalında döyüş tapşırıqlarını yerinə yetirərkən Fələstinin radikal HAMAS qruplaşmasının tunellərinə daxil olub.

    Bu barədə İsrail Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

    "HƏMAS Qəzzanın cənubundakı mülki şəxslərin təhlükəsiz yerə köçməsinə mane olduğu bir vaxtda tunellərdən ibarət mürəkkəb şəbəkədə gizlənir", - deyə qeyd olunub.

    İsrail mətbuatının məlumatına görə, tunellər məhv etmək üçün genişmiqyaslı əməliyyat başlayıb və artıq onların yüzdən çoxu partladılıb.