Ərdoğan Putinlə telefonla danışıb
Putin Ərdoğana silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə məlumat verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefon danışığı zamanı Ankaranın Rusiyadakı vəziyyətin sülh şəraitində tezliklə həllinə yardım etməyə hazır olduğunu bəyan edib.
Kremldən verilən məlumata görə, Putin Ərdoğana silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə məlumat verib.
Türkiyə Prezidenti Putinlə söhbətində Rusiya rəhbərliyinin addımlarını tam dəstəklədiyini bildirib.