Lukaşenko Priqojini Moskvaya hücum etməməyə razı salıb
ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanətləri verilib
Belarus Prezidentinin Mətbuat xidməti xəbər verir ki, Lukaşenko "Vaqner" ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin ilə danışıqlar aparıb.
ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanətləri ilə vəziyyəti həll etmək üçün sərfəli və məqbul variant hazırlanıb. Lukaşenko ilə Priqojin arasında danışıqlar bütün gün davam edib.
Pul Pervogo teleqram kanalı bildirir ki, Priqojin Lukaşenkonun "Vaqner" ÖHŞ-nin hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün addımlar atmaq təklifini qəbul edib.
Priqojin bildirib ki, "Vaqner" ÖHŞ ləğv edilməyəcək və döyüşçülər geri, səhra düşərgələrinə qayıdırlar.