Genişmiqyaslı regional müharibə başlaya bilər!
İsrailin xarici işlər naziri Eli Koen BMT Təhlükəsizlik Şurasına xəbərdarlıq etdi

İsrail BMT-yə xəbərdarlıq etdi: genişmiqyaslı regional müharibə başlaya bilər.
İsrailin xarici işlər naziri Eli Koen BMT Təhlükəsizlik Şurasına “qeyri-adi məktub” göndərib, İsrail televiziyasının 12-ci kanalı yazır.
Nazir BMT Təhlükəsizlik Şurasının 11 avqust 2006-cı ildə qəbul edilmiş 1701 saylı qətnaməsinin yerinə yetirilməsinə çağırıb və buna əsasən, İkinci Livan müharibəsindən sonra bölgədə atəşkəs elan edilib. Koen bu qətnaməyə uyğun olaraq "Hizbullah"dan öz döyüşçülərini Livanın cənubundan axan Litani çayından kənara çəkməsini tələb edib. Onun sözlərinə görə, tələblərə əməl edilməməsi genişmiqyaslı regional müharibəyə gətirib çıxaracaq.
Xatırladaq ki, İkinci Livan müharibəsi (İyul Müharibəsi) İsrail və "Hizbullah" arasında 2006-cı ilin iyulundan avqust ayına qədər davam edən silahlı münaqişə idi. Nəticə: Yaxın Şərqdə qüvvələr balansı heç də İsrailin xeyrinə dəyişmədi.