XƏBƏRLƏR / Münaqişə

Son sutkada Qəzza zolağında BMT-nin 14 əməkdaşı öldürülüb

Bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi məlumat yayıb

Son sutkada Qəzza zolağında BMT-nin 14 əməkdaşı öldürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Son 24 saat ərzində İsrailin Qəzza zolağına hücumları nəticəsində BMT-nin 14 əməkdaşı həlak olub.

    Bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.

    “Son 24 saat ərzində UNRWA-nın daha 14 əməkdaşı öldürülüb. Oktyabrın 7-dən indiyədək həlak olan BMT əməkdaşlarının ümumi sayı 53-ə çatıb”, - deyə məlumatda bildirilir.