Deyəsən separatçılar ağ bayraq qaldırmağa hazırlaşır
Belə nəticə separatçıbaşı Samvel Şahramanyanın dediklərindən aydın olur YENİLƏNİR
Separatçılar ağ bayraq qaldırmağa hazırlaşır
Xankəndi separatçılarının lideri Samvel Şahramanyan bəyan edib ki, “mövcud vəziyyətə beynəlxalq aktorların reaksiyası və onun aradan qaldırılması qeyri-adekvatdır və heç bir əməli addım atılmır” və bunun əsasında xunta əhalinin fiziki təhlükəsizliyinin təmin edilməsini prioritet kimi əsas məqsəd kimi qəbul edərək “lazımi addımlar atmağa məcbur olacaq”.
“Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi heyətinin Rusiya sülhməramlı kontingentinin yerləşdirilmə zonasından çıxarılması və “Dağlıq Qarabağın Müdafiə ordusu” silahlı birləşmələrinin buraxılması və tam tərksilah edilməsi barədə razılıq əldə olunub.Silahların tezliklə məhv edilməsi məqsədi ilə Dağlıq Qarabağ ərazisindən çıxarılacaq” – separatçılar bildirir.