XƏBƏRLƏR / Münaqişə

İran danışıqların İstanbuldan Omana keçirilməsini tələb edib

Bu barədə "Axios" dərgisi xəbər yayıb

İran danışıqların İstanbuldan Omana keçirilməsini tələb edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran bu cümə günü ABŞ ilə danışıqların yerinin və formatının dəyişdirilməsini, danışıqların İstanbuldan Omana keçirilməsini tələb edib.

    İndi onlar həmçinin danışıqları bir sıra ərəb və müsəlman ölkələrinin müşahidəçi qismində deyil, yalnız ABŞ-ın iştirakı ilə ikitərəfli formatda keçirmək istəyirlər.

    Ərəb mənbəsi "Axios"-a bildirib ki, Tramp administrasiyası İranın tələbini qəbul edib və danışıqların cümə günü Omanda keçirilməsi gözlənilir. Digər regional ölkələrin Oman danışıqlarına qoşulub-qoşulmayacağı ilə bağlı müzakirələr davam edir.