SEPAH Hörmüz boğazında elan etdiyi təlimləri ləğv etdi
Bu ABŞ-ın ciddi xəbərdarlığından dərhal sonra baş verib
ABŞ xəbərdarlıqlarından sonra SEPAH Hörmüz boğazında təlimləri ləğv etdi.
Nəşrin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-ın xəbərdarlıqlarından sonra 8-9 fevral tarixlərində Hörmüz boğazında keçirilməsi planlaşdırılan döyüş atışlı təlimləri ləğv edib.
Dünən Ərəbistan dənizində ABŞ-ın F-35 təyyarəsi tərəfindən vurulan İran pilotsuz təyyarə və neft tankerinə hücum ilə bağlı hadisələr gərginliyə və gözlənilən danışıqların pozulması riskinə səbəb olub. Lakin Ağ Ev danışıqların planlaşdırıldığı kimi davam edəcəyini açıqlayıb. Daha əvvəl İran tərəfinin xahişi ilə görüşün Türkiyədən Omana köçürüldüyü və 6 fevralda keçiriləcəyi bildirilmişdi.
1 dəqiqə