XƏBƏRLƏR / Münaqişə

İranın Bağdaddakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb

İranın Bağdaddakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın Bağdaddakı müvəqqəti işlər vəkili Əbu əl-Fədl Əzizi İslam İnqilabı Keşikçiləri Korpusunun kürd muxtariyyətində yerləşən ABŞ bazalarına hücumu ilə bağlı İraqın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

    Bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Nazirliyin bəyanatında Ərbilin bir neçə rayonunda mülki əhalinin ölümü, dövlət və şəxsi əmlaka zərər dəyməsi ilə nəticələnən hücum qətiyyətlə pislənir. İraqın xarici siyasət idarəsi hücumu ölkə suverenliyinin kobud şəkildə pozulması hesab edir və mehriban qonşuluq prinsiplərinə zidd olduğunu bildirir.

    Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ərbildəki ABŞ bazalarına hücumu nəticəsində dörd mülki şəxs ölüb, altı nəfər yaralanıb. Amerikalı hərbçilər və diplomatlar arasında isə itki yoxdur.