SEPAH Səudiyyə Ərəbistanındakı neft-kimya zavodunu vurub
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb
SEPAH Səudiyyə Ərəbistanındakı neft-kimya müəssisələrinə endirilən zərbələri təsdiqləyib.
"Tasnim" xəbər agentliyi SEPAH-a istinadən bildirib ki, "Səudiyyə Ərəbistanının Əl-Cübeyl bölgəsində yerləşən Amerika şirkətlərinə məxsus "Sadara", "Exxon Mobil" və "Dow Chemical" şirkətlərinin ən böyük neft-kimya kompleksi, eləcə də Səudiyyə Ərəbistanının Əl-Cübeyl bölgəsindəki Amerika şirkəti "Chevron Phillips"ə məxsus böyük neft-kimya kompleksi orta mənzilli raketlər və bir neçə intiharçı dron tərəfindən effektiv şəkildə vurulub".
1 dəqiqədən az