ABŞ və İran Suriyada əməlli-başlı savaş açıblar
Bayden ABŞ-ın Suriyadakı bazalarına edilən hücumlara sərt cavab verəcəyini vəd edib
ABŞ Silahlı Qüvvələri Suriyada iranyönlü hərbi-siyasi təşkilatları güclü atəşə tutub.
Ən son və ən güclü hücum bu gecə İranyönlü silahlıların ölkənin şərqindəki Deyr əz-Zor əyalətində Amerika hərbi bazasına hücumu zamanı baş verib. TG kanallarının məlumatına görə, 4 Amerika bazasına atəş açılıb. Nəticədə 1 ABŞ hərbiçisi həlak olub, altısı isə yaralanıb.
Prezident Bayden ABŞ-ın Suriyadakı bazalarına edilən hücumlara sərt cavab verəcəyini vəd edib