XƏBƏRLƏR / Münaqişə

Netanyahu həbsi ilə bağlı qərara münasibət bildirib

"Biz geri addım atmayacağıq"

Netanyahu həbsi ilə bağlı qərara münasibət bildirib
Benyamin Netanyahu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi İsrailin Baş naziri Benyamin Netanyahu məsələyə münasibət bildirib.

    Türkiyə mətbuatı yazır ki, Netanyahunun açıqlaması Baş nazirin ofisi tərəfindən dərc olunan bəyanatda öz əksini tapıb.

    "Biz bütün məqsədlərimizə çatana qədər təzyiqlərə boyun əyməyəcəyik və geri addım atmayacağıq", - deyə Netanyahu bildirib.

    Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın həbsinə order verib.