XƏBƏRLƏR / Münaqişə

Tramp İran haqda: Bu gecə bütöv sivilizasiya məhv olacaq

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb

Tramp İran haqda: Bu gecə bütöv sivilizasiya məhv olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gecə bütöv sivilizasiya məhv olacaq.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

    Tramp İranı nəzərdə tutaraq qeyd edib ki, o bir bir daha bərpa olunmayacaq.

    “Bütün sivilizasiya bu gecə öləcək və heç vaxt geri qayıtmayacaq. Mən bunu istəmirəm, amma bu, bəlkə bu baş verəcək. Buna baxmayaraq, hazırda tam bir rejim dəyişikliyi var. Hansı ki, orada daha fərqli, daha ağıllı və daha az radikal zehniyyətlilər üstünlük təşkil edir. Bəlkə də, inqilabi dərəcədə gözəl bir şey baş verə bilər, kim bilir?”, - Tramp qeyd edib.

    Onun sözlərinə görə, bu gecə dünya tarixinin ən mühüm anlarından biridir: “Biz bu gün - dünyanın tarixinin ən mühüm anlarından birində bunu öyrənəcəyik. Nəhayət ki, 47 illik zorbalıq, korrupsiya və ölüm bitəcək. Tanrı böyük İran xalqını qorusun”.

    Xatırladaq ki, ABŞ Prezidenti İrana konstruktiv mövqe tutmaq və Hörmuz boğazını açmaq ücün verdiyi 2 gün vaxt bu gün ABŞ-ın Şərq vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə səhər saat 5:00) bitir.