İranın Xarq adası ABŞ və İsrail tərəfindən bombalanıb VİDEO
Bu adada İslam Respublikasının əsas neft və qaz terminalları yerləşir FOTO
ABŞ ordusu İranın Xarq adasında yerləşən hərbi hədəflərə zərbələr endirib.
Bu barədə "Axios" nəşri adı açıqlanmayan yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
***
İranın İslam Respublikasının əsas neft terminallarının yerləşdiyi Xarq adası ABŞ və İsrail tərəfindən bir sıra hava hücumlarına məruz qalıb. VİDEO
Bu barədə "Mehr" xəbər agentliyinə məlumat verir.
Mənbələrə görə, adada bir neçə partlayış səsi eşidilib. Lakin agentlik zərər, itki və ya hədəf alınan yerlər barədə ətraflı məlumat verməyib.
Daha əvvəl "The Financial Times" qəzetinə verdiyi müsahibədə ABŞ Prezidenti Donald Tramp Xarq adasını ələ keçirmə ehtimalını istisna etməmiş və Vaşinqtonun bir çox variantının olduğunu qeyd etmişdi. Tramp həmçinin ABŞ-ın adanı asanlıqla ələ keçirə biləcəyinə əminliyini ifadə etmişdi.
Bundan başqa, ABŞ və İsrail Hərbi Hava Qüvvələri Təbriz-Zəncan magistral yolundakı körpüyə zərbə endirib. VİDEO

IRNA xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Valiliyi məlumat yayıb.

Məlumata görə, Qaraçəmən-Miyanə yolu da zərbələr səbəbindən hər iki istiqamətdə bağlanıb.
Bundan əlavə, ABŞ və İsrail qırıcılarının İsfahan vilayətinin Kaşan şəhəri yaxınlığındakı Yəhyabad dəmir yolu körpüsünə də zərbə endirdiyi, nəticədə iki nəfərin öldüyü, üç nəfərin isə yaralandığı bildirilir.

IDF-in məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri bir müddət əvvəl İranın bir neçə bölgəsində daha bir genişmiqyaslı hava hücumu həyata keçirib.
İsrail Müdafiə Qüvvələri bildirir ki, İran rejiminin onlarla infrastruktur obyekti hədəf alınıb, əlavə məlumat isə daha sonra veriləcək.
2 dəqiqə