HAMAS ilə İsrail növbəti girov-məhbus mübadiləsi keçirəcək
Bu barədə İsrail mediası məlumat yayıb

Bu gün HAMAS ilə İsrail atəşkəs razılaşması çərçivəsində növbəti girov və məhbus mübadiləsi keçirəcək.
Bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, HAMAS 3 girovu - Or Levi, Eli Şərabi və Ohad Ben Amini İsrailə təhvil verəcək.
Mübadilə Qəzzanın mərkəzindəki Səlahəddin yolunda baş tutacaq.
Razılaşmaya görə, İsrail də öz növbəsində 183 fələstinli məhbusu azad edəcək.
Bu, yanvarın 19-da İsrail-HAMAS arasında atəşkəsin əldə olunmasından bəri girov və məhbus mübadiləsinin beşinci raundudur.