İran silahlı qüvvələri İraq ərazisinə hava zərbələri endirib
Bu barədə İRNA SEPAH-ın bəyanatına istinadən məlumat yayıb

05:57
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın şimalındakı Ərbil şəhərinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub.
Bu barədə "Reuters" məlumat yayıb.
Qurbanlar arasında ABŞ hərbçiləri və ya koalisiya qüvvələrinin olmadığı qeyd edilir. Eyni zamanda koalisiya qüvvələri Ərbil hava limanı yaxınlığında 3 pilotsuz təyyarəni vurub.
***
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Ərbil şəhərində (İraqın şimalı) anti-İran qruplaşmalarının mövqelərinə hücum edib.
Bu barədə İRNA SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İraqın Ərbil şəhərindəki konsulluğuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Amerika diplomatik missiyasının yaxınlığındakı 8 obyektə hücum edilib. Xüsusilə, ABŞ Konsulluğu ərazisində və ərazisində Amerikanın "Hərir" hərbi bazasının yerləşdiyi beynəlxalq hava limanında partlayış səsləri eşidilib.
“İran düşmənlərinin son terror cinayətlərinə cavab olaraq, casusların qərargahı SEPAH-ın ballistik raketlərinin hücumuna məruz qalıb və məhv edilib” – agentlik bildirib.