XƏBƏRLƏR / Münaqişə

"Qızıl Xaç"ın 9 maşını aksiya yerindən keçdi

Erməni əsillilərin olduğu avtomobillər aksiya ərazisindən maneəsiz keçib

"Qızıl Xaç"ın 9 maşını aksiya yerindən keçdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir. Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın istiqamətinə maneəsiz keçid edib.

      BQXK-ya məxsus avtomobil karvanı 1 yük, 8 minik avtomobilindən ibarət olub. Minik avtomobillərində erməni əsilli sakinlər də olub.