XƏBƏRLƏR / Münaqişə

SEPAH İraqa zərbəni İranın suverenliyini qorumaqçün endirib

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib

SEPAH İraqa zərbəni İranın suverenliyini qorumaqçün endirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın suverenliyini və təhlükəsizliyini qorumaq üçün İraq Kürdüstanına zərbələr endirib."

    Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

    "İran həmişə regionda sülh, sabitlik və təhlükəsizliyi qoruyur, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır, eyni zamanda milli təhlükəsizliyi təhdid edən onun qarşısının alınması mənbələri ilə mübarizə aparmaq üçün qanuni hüququndan istifadə edir, həmçinin vətəndaşlarının təhlükəsizliyi və günahkarları cəzalandırmaqdan çəkinmir".