Trampın xüsusi elçisi Ukraynaya səfər edib
Kit Kelloqun Kiyevə səfəri uzunmüddətli olacaq

ABŞ-ın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi elçisi Kit Kelloq Kiyevə səfər edib. Onun Kiyevə səfəri uzunmüddətli olacaq.
Bu barədə Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak öz "Telegram" səhifəsində yazıb.
Onun sözlərinə görə, ABŞ tərəfi ilə danışıqlar müdafiə, təhlükəsizliyin gücləndirilməsi, silah tədarükü, sanksiya siyasəti, əhalinin müdafiəsi, həmçinin Ukrayna-ABŞ əməkdaşlığının genişləndirilməsi məsələlərinə yönələcək.