Tramp İrana ikinci şans verməyə hazırdır YENİLƏNİB
Prezident Tramp İsrailin İrana endirdiyi zərbələrə münasibət bildirib

16:00
Donald Tramp İrana ikinci şans verməyə hazırdır. Bu barədə o, özünün "Truth Social" şəbəkəsində yazıb.
"İki ay əvvəl mən İrana 60 günlük ultimatum verdim ki, "müqavilə bağlasın". Onlar məcbur oldular! Bu gün 61-ci gündür. Tramp "Truth Social"da yazıb.
***
14:44
ABŞ Prezidenti Donald Tramp İsrailin İrana endirdiyi zərbələrə münasibət bildirib:
"Mən İrana müqavilə bağlamaq üçün çox şans verdim. Mən onlara sərt şəkildə xəbərdarlıq etdim: “Sadəcə bunu et”, amma fürsəti əldən verdilər. Mən onlara nəticələrin təsəvvür edə bildiklərindən daha pis olacağını söylədim.
ABŞ ən yaxşı və ən ölümcül silahları istehsal edir - İsraildə onlardan çoxu var və daha çoxu yoldadır.
Bəzi iranlı radikallar böyük-böyük danışırdılar - indi onlar HAMISI ÖLÜB. Bundan sonra daha da pis olacaq.
Dağıntı artıq çox böyükdür, lakin razılaşma yenə də növbəti qəddar zərbələri dayandıra bilər. İran öz imperiyasının qalıqlarını xilas etmək üçün indi hərəkətə keçməlidir. Artıq ölümlər, dağıntılar lazım deyil. HƏLƏ Kİ, GEC DEYİL, BUNU EDİN".