XİN: Ermənistan hərbi təxribatları dərhal dayandırmalıdır
Xarici İşlər Nazirliyi üç hərbçimizin xəsarət alması barədə paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi bu gün Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində mina partlayışı zamanı üç hərbçimizin xəsarət alması barədə paylaşım edib.
XİN-in "Twitter"də paylaşdığı məlumatda deyilir:
"Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi yük maşını minaya düşüb, mina partlayıb və nəticədə üç azərbaycanlı hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisində bütün hərbi təxribatları dərhal dayandırmalıdır!".