XƏBƏRLƏR / Münaqişə

Gəmilərə təhlükə yaradan nöqtələrə uğurlu zərbələr endirilib

CENTCOM İranın Hörmüz boğazında gəmilərə təhlükə yaradan maneələri aradan qaldırır

Gəmilərə təhlükə yaradan nöqtələrə uğurlu zərbələr endirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ ordusu Hörmüz boğazı sahilində İranın raket bazalarını bombalayıb.

    Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” səhifəsində bildirilib.

    ABŞ qüvvələrinin İranın Hörmüz boğazı sahili boyunca möhkəmləndirilmiş raket bazalarına bir neçə 2000 tonluq dərin nüfuzedici bombadan uğurla istifadə etdiyi qeyd olunub.

    Məlumatda vurğulanıb ki, İranın gəmi əleyhinə raketləri “boğazda beynəlxalq gəmiçilik üçün təhlükə yaradıb”.

    İsrail kəşfiyyatı ABŞ Hərbi Hava Qüvvələrinə Hörmüz boğazı yaxınlığında yeraltı İran raket anbarının yerini açıqladı.

    Anbara 200-dən çox Xorrəmşəhr ballistik raketi olan bunker bombaları atıldı.