XƏBƏRLƏR / Münaqişə

"Zelenski İran gəmisinə hücum edərək dənizçini öldürüb"

Bu barədə İranın xarici işlər naziri "X"-də paylaşım edib

"Zelenski İran gəmisinə hücum edərək dənizçini öldürüb"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna ordusunun Xəzər dənizində ticarət gəmisinə hücumunu qınayıb.

    Bu barədə A. Əraqçi "X"-də paylaşım edib.

    "Zelenski (Ukrayna Prezidenti Volodimir Zelenski – ANS Press) İran ticarət gəmisinə hücum edərək dənizçini öldürüb", - Əraqçi yazıb.

    O, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və rusiyalı həmkarı Sergey Lavrovla telefon danışıqlarında bu hücumun müzakirə olunduğunu açıqlayıb: "Söhbət zamanı açıq şəkildə bildirdim ki, bu, cavabsız qala bilməz".

    Xatırladaq ki, İranın Xəzər dənizindəki ticarət gəmisinə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücum edilib, bir nəfər ölüb, daha iki nəfər yaralanıb.