XƏBƏRLƏR / Münaqişə

"Tehran rejimi Ukraynaya təcavüzün birbaşa iştirakçısıdır!"

Bunu iranlı həmkarı Əraqçinin bəyanatına Ukrayna XİN rəhbəri Sibiha cavabında vurğulayıb

"Tehran rejimi Ukraynaya təcavüzün birbaşa iştirakçısıdır!"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukraynanın xarici işlər naziri Andri Sibiha Abbas Əraqçinin ittihamlarına cavab olaraq bildirib: "İranın təhdidləri sübutsuz və əsassızdır.

    Tehran rejimi Rusiyanın Ukraynaya qarşı təcavüzünün birbaşa iştirakçısıdır və 2022-ci ildən bəri ukraynalıları öldürən silahlarla Moskvanın cinayətkar müharibəsini alovlandırır.

    İranın qurban kimi davranmaq üçün heç bir əsası yoxdur, BMT Nizamnaməsinə absurd istinadlarla təhdidlərini əsaslandırmaq bir yana qalsın".