XƏBƏRLƏR / Münaqişə

İran Fars körfəzini minalayacağını açıqlayıb

Bu ABŞ-ın quru əməliyyatı aparmaq qərarına cavab tədbiri kimi səciyyələndirilir

İran Fars körfəzini minalayacağını açıqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fars xəbər agentliyinin verdiyi məlumata görə, ölkənin Müdafiə Şurası ABŞ-ın İran sahillərində və ya adalarında quru əməliyyatı aparmaq qərarına gələcəyi təqdirdə, İran Fars körfəzindəki bütün dəniz yollarını minalayacağını açıqlayıb.


    Bəyanatda deyilir: "Düşmənin İran sahillərinə və ya adalarına müdaxilə etmək üçün etdiyi hər hansı bir cəhd, Fars körfəzində və sahil boyunca bütün dəniz yollarının və rabitə xətlərinin sahildən yerləşdirilə bilən üzən minalar da daxil olmaqla müxtəlif növ dəniz minaları ilə minalanmasına səbəb olacaq".
    Şura vurğulayıb ki, İrana düşmən hesab edilməyən ölkələr Tehranla koordinasiyalı şəkildə Hörmüz boğazından keçə biləcəklər.

    Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verib və enerji infrastrukturuna zərbə endirməklə hədələyib. Tehran ultimatumu rədd edib və bölgədəki ABŞ hədəflərinə hücum etməyə hazır olduğunu bildirib.