XƏBƏRLƏR / Münaqişə

Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə patrula çıxıblar

Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verir

Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə patrula çıxıblar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya və Türkiyə hərbçiləri Suriyanın şimal-şərqində birgə patrul həyata keçirib – Rusiya Müdafiə Nazirliyi

    Marşrutun uzunluğu 30 km-dən çox idi.

    Patrulda Rusiya və Türkiyə Silahlı Qüvvələrinin 40-dan çox hərbçisi iştirak edib.

    Rusiya tərəfindəki konvoya “Tiger”, “Tayfun” və “VPK-Ural”, Türkiyə tərəfdən isə “Kirpi” zirehli texnikaları daxildir. Birgə patrul havadan Rusiya Aerokosmik Qüvvələrinin Ka-52 və Mi-8 helikopterləri ilə əhatə olunub.

    Patrulların əsas məqsədləri regionda vəziyyətə nəzarət etmək və silahlı qarşıdurmanın yenidən başlanmasının qarşısını almaq olub.