XƏBƏRLƏR / Münaqişə

Vladimir Putin Qarabağ haqda danışdı VIDEO

Bunu Rusiya Prezidenti Şərq İqtisadi Forumu çərçivəsində çıxışı zamanı deyib

Vladimir Putin Qarabağ haqda danışdı VIDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Putin: Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini mahiyyətcə tanıyıb

    “Əgər Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa, başqa nə deyə bilərik? Sülhməramlıların mandatı hələ də qüvvədədir, lakin humanitar məsələ - etnik təmizləmənin qarşısının alınması - vəzifə olaraq qalır. Ümid edirəm ki, Azərbaycan rəhbərliyi etnik təmizləmədə maraqlı deyil və bu prosesin yumşaq şəkildə getməsində maraqlıdır.

    Əgər Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıbsa, nə danışırıq? Bu, bütün problemin əsas komponentidir - Qarabağın statusunu Ermənistan özü müəyyən edib”.

    Daha sonra Putin qeyd edib ki, "Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etmişdik ki, iki rayon Kəlbəcər, Laçın və bütün Qarabağ faktiki Ermənistanın  yurisdiksiyasında qalsın, biz onilliklər ərzində Ermənistan rəhbərliyini inandırmağa cəhd etsək də, Ermənistan rəhbərliyi bununla razılaşmadı."

    Ətraflı: VİDEO