XƏBƏRLƏR / Münaqişə

Moskva Ukraynada seçki üçün 60 günlük atəşkəsi rədd etdi

Bunu Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə elan edib

Moskva Ukraynada seçki üçün 60 günlük atəşkəsi rədd etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Reuters agentliyinin Kremlin sözçüsü Dmitri Peskova istinadən verdiyi məlumata görə, Moskva Ukraynada seçkilərə imkan yaratmaq üçün 60 günlük atəşkəs təklifini rədd edib.

    Mətbuat katibi qeyd edib ki, Rusiya dəfələrlə atəşkəs yox, uzunmüddətli sülh istədiyini və buna nail olmaq üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirib.

    Peskov əlavə edib ki, Kiyev seçkilər keçirmək qərarına gələrsə, Putin seçki günü Ukraynaya hücum etməməyi əmr etməyə hazır olacaq.

    "Lakin Zelenskinin tələb etdiyi 60 gün seçkilər keçirmək üçün deyil, güc toplamaq, yaraları sağaltmaq və müharibəni davam etdirmək üçündür", deyə o əlavə edib.