İran liderləri ilə çox irəli getdik:Bilmirik kiminlə danışaq
Bunu ABŞ Prezidenti Donald Tramp seçicilərlə görüşdə deyib
ABŞ Prezidenti Donald Trapın çıxışından:
"İran son nəfəsini verir. Onların gəmiləri yoxdur, heç nələri yoxdur, hətta liderləri belə yoxdur və bu, problemdir. Liderlərlə bağlı həddindən artıq irəli getdik, çünki artıq kiminlə iş görəcəyimizi bilmirik. Heç kim İran prezidenti olmaq istəmir. Onlar öz aralarında səsləşirlər: "Kim prezident olmaq istəyir?". Heç kim!
Düzünü desəm, kiminlə iş görəcəyimizi bilməkdə çətinlik çəkirik. Düşünürəm ki, həddindən artıq irəli getdik. Birinci səviyyədə dayana bilərdik. İkinci səviyyə, ikinci yarım səviyyə — amma yəqin ki, həddindən artıq irəli getdik".
1 dəqiqədən az