XƏBƏRLƏR / Münaqişə

Bu çətin günlərdə Qəzzanın məzlum xalqının yanındayıq

Bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan bəyan edib

Bu çətin günlərdə Qəzzanın məzlum xalqının yanındayıq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Netanyahu hökumətinin tamamilə çılğınlaşdığı bu çətin günlərdə biz bütün gücümüzlə Qəzzanın məzlum xalqının yanındayıq.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan bəyan edib.

    "Türkiyə 64 mindən çox günahsız insanın ölümünə səbəb olan cinayət şəbəkəsinin təzyiqlərinə, təhdidlərinə, lovğalığına və cəzasız qalmasına baxmayaraq, prinsipial mövqeyini qoruyacaq,"- Ərdoğan vurğulayıb.