XƏBƏRLƏR / Münaqişə

CHP-nin İstanbuldakı qərargahı qarşısında polislə toqquşma

Müxalifət tərəfdarları Özgür Çelik və digər əməkdaşların vəzifələrindən uzaqlaşdırılması ilə bağlı etiraz edir VİDEO/FOTO

CHP-nin İstanbuldakı qərargahı qarşısında polislə toqquşma
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İstanbulda dünən axşam etirazlar başlayıb: müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri toqquşub

    Dünən gecədən Türkiyənin ana müxalifət partiyası CHP-nin İstanbuldakı qərargahı qarşısında etiraz aksiyası keçirilir. Oraya toplaşan CHP tərəfdarları bu idarənin rəhbəri Özgür Çelik və digər əməkdaşların vəzifələrindən uzaqlaşdırılması ilə bağlı məhkəmənin qərarına etiraz edirlər.

    Təhlükəsizlik qüvvələri binanın ətrafına hasarlar çəkib və heç kəsi içəri buraxmır. Bu, etirazçılarla polis arasında toqquşmaya səbəb olub.

    VİDEO

    Müxalifət mənbələrinin bildirdiyinə görə, məhkəmə tərəfindən müvəqqəti qərargah rəhbəri təyin edilmiş Gürsel Tekinin ona verilən vəzifəni icra etmək üçün bu gün oraya gələcəyini açıqlamasından sonra iştirakçıların narazılığı artıb.

    Türkiyənin daxili işlər naziri Yerlikaya da öz növbəsində bildirib ki, şəhərdə insanları qanunsuz nümayiş keçirməyə çağıranların hamısına qarşı tədbir görüləcək. Etirazlar başlamazdan əvvəl İstanbulun 6 rayonunda kütləvi tədbirlər, o cümlədən mitinq və toplantılar qadağan edilib.