XƏBƏRLƏR / Münaqişə

İranın İsrailə hücumu nəticəsində ölənlərin sayı 5-ə çatıb

Bu barədə "N12" telekanalı məlumat yayıb

İranın İsrailə hücumu nəticəsində ölənlərin sayı 5-ə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:38

    İranın İsrailin mərkəzi hissəsinə son hücumu nəticəsində azı beş nəfər ölüb, onlarla insan yaralanıb.

    Bu barədə "N12" telekanalı məlumat yayıb.

    Qeyd olunub ki, zərbələr nəticəsində azı 87 nəfər müxtəlif xəsarətlər alıb, Petah-Tikvada dörd nəfər, Bney-Brakda isə daha bir nəfər ölüb. Zərbələr nəticəsində Hayfada da geniş dağıntılar müşahidə olunur.

    Xilasedicilər uçmuş binaların altında qalan şəxslərin axtarışını davam etdirirlər.

    ***

    06:58

    İyunun 16-da səhər saatlarında İran Silahlı Qüvvələri İsrailə kütləvi raket hücumu etməsi nəticəsində azı üç nəfər ölüb.

    "N 12" telekanalı xəbər verir ki, bu barədə İsrailin Milli Tibbi Xidmətindən (MTX) bildirilib.

    “Mərkəzin atəşə tutulmasından sonra üç ölü var”, – telekanal MTX-dan əldə etdiyi məlumatı nəql edib.

    Eyni zamanda, MTX sosial şəbəkədə 67 nəfərin yaralandığını açıqlayıb. Onlardan 60-nın vəziyyəti yüngül, 6-nın orta ağır, 30 yaşlı qadının isə kritik olduğu qeyd olunub.

    Yerli KİV genişmiqyaslı dağıntılar barədə məlumat verir, xilasedicilər binaların dağıntıları altında qala biləcək sağ qalanları axtarmağa davam edirlər.

    ***

    06:10

    İyunun 16-da səhər saatlarında İran Silahlı Qüvvələri İsrailə kütləvi raket hücumu etməsi nəticəsində azı 25 nəfər yaralanıb.

    "N 12" telekanalı xəbər verir ki, bu barədə İsrailin Milli Tibbi Xidməti (MTX) məlumat yayıb.

    “25 yaralı var, onlardan ikisinin vəziyyəti orta ağırdır, qalanı yüngüldür”, – telekanal MTX-nin məlumatını nəql edib.