XƏBƏRLƏR / Münaqişə

Ukrayna Gürcüstana sanksiyalar tətbiq edib

Prezident Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar barədə fərman imzalayıb

Ukrayna Gürcüstana sanksiyalar tətbiq edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

    Ukrayna mətbuatının xəbərinə görə, siyahının təfərrüatları açıqlanmasa da, ona hakim “Gürcü Arzusu” partiyasının rəhbəri Bidzina İvanişvilinin başçılıq etdiyi bildirilib.

    Bununla bağlı açıqlama verən Ukrayna lideri ölkəsi də daxil olmaqla, həm Gürcüstan, həm də Moldovanın məhvinə göz yummağın doğru olmadığını bəyan edib:

    “Biz həm ABŞ-ni, həm də Avropa İttifaqını bu məsələdə prinsipial mövqe sərgiləməyə çağırırıq”, – Zelenski deyib.