ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) noyabrın 12-də ölkənin şimal-şərqindəki ABŞ bazasına edilən hücumlara cavab olaraq Suriyada İranın dəstəklədiyi yaraqlıların hədəflərinə zərbələr endirib.
“Bu gün [12 noyabr] ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri İranın dəstəklədiyi milis qrupunun silah anbarına və logistika qərargahına zərbələr endirib”, - "X"-də məlumat verilib.
Nəşrin məlumatına görə, zərbələr ABŞ-ın Əl Şəddadidəki patrul bazasında amerikalı personala raket hücumuna cavab olaraq həyata keçirilib.
Komandanlıq qeyd edib ki, Amerika obyektləri, ABŞ hərbi personalı və onların tərəfdaşları zərər görməyib.
Bəyanatda həmçinin deyilir ki, hücum İranın dəstəklədiyi qrupların regionda ABŞ və koalisiya qüvvələrinə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək imkanlarını məhdudlaşdıracaq.