XƏBƏRLƏR / Münaqişə

Abxaziyada etirazçılar administrasiya binasını ələ keçirdi

Qondarma "parlament"in yaxınlığında atışma səslərinə bənzər səslər eşidilib YENİLƏNİB

Abxaziyada etirazçılar administrasiya binasını ələ keçirdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:15

    TASS xəbər verir ki, müxalifət nümayəndələri Abxaziya “prezidentinin administrasiyası"nın binasına daxil olub, içəridə asayişi təmin edən təhlükəsizlik qüvvələri binanı tərk etməyə başlayıb.

    Etirazçılar binanı nəzarətə götürüblər. Sonradan onlar bütün hökumət binaları kompleksini, o cümlədən "respublikanın prezident administrasiyası”, “Nazirlər Kabineti” və “parlament”in binalarını nəzarətə götürə biliblər.

    Kütlə qondarma "prezident" Aslan Bjaniyanın istefasını tələb edir.

    ***

    16:00

    APSNYpress  xəbər verir ki, separatçı Abxaziyanın qondarma "prezident administrasiyası" respublikada vəziyyəti sabitləşdirmək üçün Rusiya ilə investisiya sazişinin parlamentdən çıxarılmasına dair sənəd hazırlayır.

    ***

    TASS xəbər verir ki, Suxumidə qondarma “Abxaziya parlamenti”nin binası yaxınlığında atışma səslərinə bənzər səslər eşidilib.

    Bir qədər əvvəl Abxaziya müxalifəti “parlament” binasına soxulmaq üçün ikinci cəhd edib. Hadisə yerində olan “təhlükəsizlik işçiləri” etirazçıları cilovlayır və geri itələyirlər. Ən azı iki tüstü bombasından istifadə edilib. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

    Abxaziya “parlamentində” vəziyyət qızışır. Teleqram kanalları hadisə yerində qazdan istifadə edildiyini iddia edir.

    Bundan əvvəl etirazçılar avtomobillə hasarın bir hissəsini sökərək “parlament” binasına bitişik əraziyə daxil olublar. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma olub. Etirazçılar onlara yumurta və butulka atıblar. Hasarın bir hissəsinin sökülməsindən sonra yaranmış keçidin qarşısını almağı planlaşdırdıqları yanğınsöndürən maşını da dayandıra biliblər.

    Qeyd edək ki, müxalif qüvvələr Abxaziyada Moskva ilə investisiya sazişinin, yəni Rusiya vətəndaşlarına və şırkətlərinə respublikada daşınmaz əmlak əldə etməyə icazə verən müqavilənin əlehinə çıxış edirlər.

    Müqavilə oktyabrın 30-da Moskvada imzalanıb və indi Abxaziya parlamenti tərəfindən ratifikasiya edilməlidir.

    Bu məsələyə noyabrın 15-də baxılması planlaşdırılırdı - bu gün müxalifət fəalları respublikada sazişin ləğvi tələbi ilə etiraz aksiyaları keçirmək niyyətində idilər.