XƏBƏRLƏR / Münaqişə

İranın Bəlucistan əyalətində SEPAH 23 etirazçını öldürüb

İran mənbələri xəbər verir

İranın Bəlucistan əyalətində SEPAH 23 etirazçını öldürüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Sistan və Bəlucistan əyalətində keçirilən əməliyyat nəticəsində 23 etirazçını öldürülüb, 46-sı həbs olunub.

    İran mənbələri xəbər verir ki, bunu “Təhlükəsizlik şəhidləri” əməliyyatının nümayəndəsi Əhməd Şafai bildirib.

    Onun sözlərinə görə, daha yeddi silahlı təslim olub.

    Xatırladaq ki, bu əyalətdə İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) döyüşçüləri ilə yerli silahlı etirazçılar arasında atışmada üç hərbçi ölüb.