Sudanda bir həftəlik humanitar atəşkəs razılığı
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb
Sudanda silahlı münaqişənin tərəfləri - Sudan ordusu və çevik dəstək qüvvələri (xüsusi təyinatlılar) bir həftəlik humanitar atəşkəslə bağlı razılığa gəliblər. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, ordu və xüsusi təyinatlılar Səudiyyə Ərəbistanının Ciddə şəhərində humanitar atəşkəs haqqında saziş imzalayıblar. Saziş imzalandıqdan 48 saat sonra qüvvəyə minəcək.