XƏBƏRLƏR / Münaqişə

Ruspərəstlər Ermənistan və Xankəndidə vəziyyəti qızışdırır

Bu gün eyni vaxtda İrəvanda, Gorusda və Xankəndidə müxtəlif tələblərlə etiraz aksiyaları keçirilir

Ruspərəstlər Ermənistan və Xankəndidə vəziyyəti qızışdırır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda bəyanat verəndən və sülh sazişinə bir addım da yaxınlaşdıqdan sonra, Ermənistanın rusiyapərəst müxalifəti ciddi hərəkətə keçib. Onların məqsədi ölkədə stabilliyi pozmaq və Azərbbaycanla sülh müqaviləsinin bağlanmasına mane olmaqdı. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın tərəftarları vəziyyəti gərginləşdirmək üçün sinxron olaraq bir neçə etiraz aksiyalarına start veriblər.

    İRƏVAN

    Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Akopyanı oğurlamağa cəhddə şübhəli bilinən Qayane Akopyanın həbsi ilə bağlı İrəvanın mərkəzində etiraz aksiyası keçirilir.

    İrəvanda etirazçılar hökumət binasına çataraq müddətsiz oturaq aksiya elan ediblər.

    GORUS Azərbaycan sərhədi

    Ermənistanın ekstremist Daşnaktsütyun partiyası və hərbi cani Robik Koçaryanın tərəfdarları məlumat yayıblar ki, partiya fəalları "Xakari körpüsündə quraşdırılmış Azərbaycan keçid məntəqəsindən qarşısında aksiya keçirirlər". Onlar əvvəl Gorusun Kornidzor kəndinə yürüş ediblər, sonra isə Azərbaycan sərhədinə gedən yolda mitinq keçirirlər. Etirazçılar bəyan edirlər ki, İrəvana qayıdıb oradakı mitinqə qoşulacaqlar. Bu da kütlənin eyni mərkəzdən idarə edilməsinə dəlalət edir.

    XANKƏNDİ ŞUŞA yolu

    Eyni vaxtda Rusiya sülhməramlı kontinqentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ruben Vardanyanın təşkil etdiyi etiraz mitinqi keçirilib.

    Maraqlıdır ki, hər 3 etiraz aksiyalarını Robert Koçaryan və Serj Sarkisyana məxsus televiziyalar və Youtube kanalları, habelə Sputnik Armenia agentliyi canlı yayımlayııblar.