XƏBƏRLƏR / Münaqişə

Ermənilər döyüş PUA-larını işə saldı FOTO

Ordumuz cavab tədbirləri görür

Ermənilər döyüş PUA-larını işə saldı FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

    Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

    "Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - rəsmi açıqlamada bildirilib.